Azərbaycanın sabiq Baş naziri ADU-dakı vəzifəsindən AZAD OLUNDU – FOTO
![](https://kaim.az/wp-content/uploads/2024/05/1715084242_cabbd9b3-75a5-3357-8081-e3534a324a0b_850-780x470.jpg)
Sabiq Baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad olunub.
Sfera.az-ın məlumatına görə, o, ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.
ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı sayta təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, N.Məmmədov 2018-2019-cu illlərdə Azərbaycanın Baş naziri olub. O, 2017-2018-ci illərdə Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. 2012-2017-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbər müavini, 1997-2017-ci illərdə Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və 2017-2018-ci illərdə Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. (report)