Top.Mail.Ru
CƏMİYYƏT

“Azəriqaz” VACİB MƏLUMAT YAYDI: gələn ildən fərdi ev, mənzil və obyektlərdə…

“Azəriqaz” İstehsalat Birliyi gələn ildən fərdi ev, mənzil və obyektlərdə geniş texniki müayinələrə başlayacaq. 

Referans.az-ın məlumatına görə, Birliyin şöbə rəisi İlkin Behbudov bildirib ki, bununla bağlı vətəndaşlara əvvəlcədən bildiriş göndəriləcək.

Saytların yığılması Saytların yığılması

Texniki müayinələr “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi qaydalarına uyğun aparılacaq.

Texniki müayinələr paytaxt Bakı daxil olmaqla bütün bölgələrdə həyata keçiriləcək.

Aktın bir hissəsi istehlakçıya veriləcək. Bir ay müddətində istehlakçıya zaman veriləcək ki, aşkarlanan nöqsanların aradan qaldırılmasını təmin etsin.

Ciddi nöqsanlar aşkarlandığı zaman mavi yanacağın verilişi dayandırılacaq və qanunvericiliyə uyğun digər tədbirlər görüləcək.

Bənzər yazılar