Top.Mail.Ru
CƏMİYYƏT

“Azərsu” 13 manatlıq borcu 413 manat edib -ŞİKAYƏT/FOTOFAKT

Paytaxtın Sabunçu  rayonu Bakixanov qəsəbəsi, Fətəliyev 80, mənzil 54 ünvanında yaşayan vətəndaş Zoya Qrişpon Gununsesi.info-ya müraciət yollayıb.

Saytımıza yolladığı müraciətində vətəndaş “Azərsu” tərəfindən üzləşdiyi dələduzluq faktından bəhs edir.

Saytların yığılması Saytların yığılması

Vətəndaş bildirir ki, ötən ay onun sayğac göstəriciləri səhv qeydə alinmiş və 1130 əvəzinə 1530 rəqəmi sistemə daxil edilmişdir.

Bu isə 13 manat qanuni borc deyil, 413 manat borc deməkdir. Beləliklə, vətəndaşa 400 manat artıq borc yazilmışdır“.

Şikayətçi yazır ki, üzləşdiyi durumla bağlı    Azərsu” Səhmdar Cəmiyyətinin qaynar xəttinə müraciət edərək, əməliyyatçı Asif Sadıqova bu barədə bildirib.

Lakin söz verilsə də, heç bir dəyişiklik edilməmiş, borc silinməmişdir”.

Zoya Qrişponun üzləşdiyi bu vəziyyət barədə “Azərsu”nun münasibətini öyrənməyə çalışacağıq.

 

Elmar

Gununsesi.info

Bənzər yazılar