Top.Mail.Ru
CƏMİYYƏT

Bakıda dəhşətli partlayışda 7 ölü, 24 yaralı – AÇIQLAMA

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 7-ə çatıb.

KAİM.az  xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, dağıntılar altından daha 5 nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

Bənzər yazılar