Top.Mail.Ru
CƏMİYYƏT

Bakıda mənzil qiymətləri kəskin BAHALAŞDI: Yeni qiymətlər + ƏRAZİLƏR

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.

Başqa sözlə, yanvarda ev qiymətləri hətta dekabrla müqayisədə bir neçə min manat yüksək olub. İnflyasiya səviyyəsinin 2022-ci ildə daha yüksək olduğu nəzərə alınsa, son iki ildə evlərin qiymətinin, ən azı, 20-30 faiz bahalandığı görünür.

Saytların yığılması Saytların yığılması

Bəs hazırda Bakıətarfı ərazilərdə torpaq sahələrində artım müşahidə olunurmu, bu bahalaşmaya səbəb nədir və bu bir müddət davam edəcəkmi?

Məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Referans.az-a deyib ki, ötən ilin sonlarında daşınmaz əmlak bazarında passivlik müşahidə olunurdu:

“Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi artıb. Eyni zamanda ipoteka kreditlərinin verilməsi qaydalarına bir sıra dəyişikik edilib və yeni ildən etibarən bu növ kreditin verilməsi ötən illərə nisbətən daha da asanlaşdırılıb, bu da mənzil bazarına pul axınlarının artmasına gətirib çıxarır. Təbii ki, pul axınının baş verməsi tələbin artımı ilə bağlıdır, bu da mənzil bazarına təsirsiz ötüşə bilməz. Rəqəmlərlə bağlı konkret bir fikir söyləmək hələ ki, çətindir”.

Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında satışa çıxarıldığı müddətdən satıldığı dövrə qədər ən az ekspozisiya müddəti olan daşınmaz əmlak mənzildir, onlarda da iki aydan yuxarıdır. Onun sözlərinə görə, mənzil bazarında müşahidə olunan artımlar yaxın bir neçə ayda davam edəcək.

Bakıətrafı ərazilərdəki torpaq sahələrində də artımların müşahidə olunduğunu deyən Ramil Osmanlı, bu artımların bir neçə səbəbdən qaynaqlandığını bildirib:

“Bütövlükdə daşınmaz əmlak bazarının hər hansı bir seqmentində canlanma, aktivlik baş verdikdə bu həmin istiqamət üzrə qiymət artımına gətirib çıxarırsa, psixoloji olaraq nisbi də olsa, digər seqmentlərdə də qiymət artımına səbəb olur. Mənzillər qədər qiymət artımı olmasa da, torpaq sahələrinə artım müşahidə olunur. Paytaxtda mənzillərin çox baha olması daşınmaz əmlak bazarındakı şərtlərlə yanaşı, həm də iqtisadiyyatın strukturu ilə bağlı problemlərdən qaynaqlanır. Daşınmaz əmlak tikintisi ilə məşğul olan şirkətlər arasında rəqabət mühitinin artması da ev qiymətlərinə təsir edən əsas amillərdəndir.

Referans.az

Bənzər yazılar