Top.Mail.Ru
CƏMİYYƏT

Baş nazir: Bakı ilə Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında böyük rol oynayır

Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə – Azərbaycan biznes forumunda deyib.

Saytların yığılması Saytların yığılması

Baş nazir bildirib ki, Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum boru kəmərləri, TANAP, Bakı – Tbilisi – Qars (BTQ) layihələri Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir: “Mayın 25-də açılacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”.

Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb:

“Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”.

Bənzər yazılar