CƏMİYYƏT
Ermənistan etirazlarlarla ÇALXALANIR: Köçəryan saxlanıldı, kütləvi həbslər aparılır

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi itaətsizlik aksiyalarına başladığını elan edib. Hazırda İrəvanın müxtəlif ərazilərində etiraz aksiyaları keçirilir, əsas prospekt və küçələr bağlanıb.