Top.Mail.Ru
CƏMİYYƏT

“Ermənistan və Azərbaycan arasında gərgin dövr başlayır: Sülh müqaviləsi olmayacaq! – Ağır silahlar işə düşür?

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yaxın gələcəkdə mümkün olmayacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Cəmşid Quliyev deyib.

Saytların yığılması Saytların yığılması

Analitik tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması ehtimallarından, habelə Bakı ilə İrəvan arasındakı münasibətlərin gərginliyindən söz açıb.

Müsahibimiz söyləyib ki, AŞPA da baş verənlərdən əvvəl sülh müqaviləsinin tərkibindən delimitasiya və demarkasiya məsələsi gündəlikdən çıxarılsa da, bu müqavilənin bağlanmasını tezləşdirə bilmədi.

“Ümumiyyətlə, müəyyən dövlətlər və təşkilatlar Azərbaycan və Ermənistandan (əsas da Azərbaycandan) İkinci Qarabağ müharibəsindən sonra,”istədiklərini” almazsa, sülh müqaviləsi çətin ki, yaxın aylarda baş tutsun. Artıq bu ölkələrin hansı maraqları varsa, bu maraqlarını kəskin surətdə Azərbaycan dövlətindən istəməlidirlər. AŞPA-da bizə olan münasibətdən sonra bəzi təşkilatların, o cümlədən UNESCO-nun Azərbaycan üçün xüsusi maraqları mövcuddur ki, bu maraqlar artıq gizlədilmir. Onlar Azərbaycan dövlətindən müəyyən məsələləri açıq surətdə tələb edib istəyirlər. Onlar bir növ AŞPA-nın və Aİ-nin gücünü göstərmək istəyirlər”.

C.Quliyevin sözlərinə görə, burada bəzi ölkələrin, hətta Türkiyə, Rusiya və İranın da marağı var:

“Bu maraqlar isə artıq istənilir. Mövcud situasiyada Bakı artıq Moskva ilə olan münasibətləri bir qədər soyutmalı və Qərbi Azərbaycan məsələsini gündəmə gətirmək, məncə, düzgün olmazdı. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə bu, yaxın günlər və aylarda düzələsi bir məsələ deyil. Başqa politoloqlar və beynəlxalq hüquqla məşğul olan insanlar da deyə bilərlər ki, sülh müqaviləsi, ola bilsin, prezident seçkilərindən sonra olsun. Lakin indiki perspektivdə bu görünmür və biz daha da gərgin bir dövrə keçmişik. Fikrimcə, artıq bəzi dövlətləri də təhlil etmək lazımdır ki, onların hazırda Azərbaycandan istədikləri nədir. Məsələnin maraqları tərəfi də budur”.

Bənzər yazılar