Top.Mail.Ru
CƏMİYYƏT

FHN-in idarə rəisi işçisinə belə qarğış etdi: Görüm sənin bütün ailə üzvlərin… – VİDEO

Sosial şəbəkələrdə Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə rəhbəri Nikolay Lyubavinin tabeliyində olan işçilərdən birini prokurorluğa şikayət etdiyinə görə tənqid edən video yayılıb.

Lyubavinin açıqlamaları departamentin konfransında səsləndirilib. O, həmkarlarına deyib ki, tabeliyində olanlardan birinin ifadəsindən sonra prokurorluq araşdırmaya başlayıb.

Saytların yığılması Saytların yığılması

İdarə rəisi bildirib ki, işçisi şikayətində yazıb ki, guya mən arvadımın işlədiyi bankın maraqları üçün lobbiçilik etmişəm. Şikayətdə Lyubavinin vəzifə səlahiyyətlərindən istifadə edərək müəyyən imtiyazlar aldığı da qeyd olunub.

İdarə rəisi ondan şikayət edən şəxsə belə qarğış edib:

“Əllərin qurusun və bütün ailə üzvlərin xərçəng xəstəliyinə tutulsun”.

O, sözlərinə görə peşman olmayacağını da əlavə edib və bildirib ki, “insanlar öz uşaq şizofreniya düşüncələrini yazanda” özləri də “nə etdiklərini anlamırlar”.

Lyubavin 2020-ci ildən Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəhbərlik edir. Əvvəllər Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarının strukturlarında işləyib. (Publika.az)

Bənzər yazılar