Top.Mail.Ru
CƏMİYYƏT

Hərbi xidmətdən “neqodni” alanlara PİS XƏBƏR: İyulun 1-dən…

Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.
Əldə edilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.
Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Mövzu ilə bağlı Referans.az-a millət vəkili Arzu Nağıyev açıqlama verib: “Səfərbərlik xidmətinin əsas məramı və məqsədi Azərbaycan ordusuna sağlam əsgər və zabitlərin, hərbi qulluqçuların çağırılmasıdır. Bu istiqamətdə çox ciddi addımlar atılır. Məlumdur ki, 2024-cü ilin iyul ayının 1- dən artıq hərbi komissiyalar rayonlarda, şəhərdə keçdikdən sonra müvafiq olaraq son qərar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən veriləcək. Əvvəllər rayon və şəhər miqyasında qeyri-qanuni yollarla əsgərliyə gedən şəxsi yararsız, eləmək mümkün idisə, artıq bu baş tutmayacaq”.
Deputat bildirir ki, əsgərliyə gedən şəxsin yararlı olub- olmamasının təyini bundan sonra bir neçə mərhələdən keçəcək: “Orduya gedən zaman şəxs tam sağlam şəkildə getməlidir. Qərar həm də rüşvətxorluğun qarşısını alır. Düşünürəm ki, daxili siyasətimizdə əsas istiqamət təhlükəsizliyimizə təhdidin qarşısını alan Azərbaycan ordusunun sağlam əsgər və zabitlərlə təmin edilməsidir. Bu istiqamətdə ciddi işlər aparılır. Ümumiyyətlə, səfərbərlik xidmətinin işini təqdirəlayiq hesab etmək lazımdır. Çətin prosesdir”.
Arzu Nağıyev şəffaflığa böyük zərurət olduğunu qeyd edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsi, müddətli hərbi xidmətə çağırışın hazırılığı, xüsusi hərbi ixtisas üzrə hazırlıq və Silahlı Qvvələrin sülh dövründə çağırışçılarla və s. mühüm məsələləri həyata keçirən qurumdur. Burada mühüm məsələ şəffaflığın təmin edilməsidir.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar