Top.Mail.Ru
CƏMİYYƏT

Hava limanında iğtişaşlar, İsraildən gələn yəhudilərə BASQIN… – DİN hərəkətə keçdi

Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.

KAİM.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, – məlumatda deyilir.

Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.

Qeyd edək ki, etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb. Teleqram kanallarının məlumatına görə, indiyədək 4 etirazçı saxlanılıb.

*****

İsrailə qarşı etiraz edən Dağıstan vətəndaşları MaxaçQala aeroportunu ələ keçiriblər. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin bununla bağlı yaydığı məlumata görə, Mahaçqala hava limanı onlarla şəxsin aeroporta icazəsiz girişinə görə bağlanıb.

Təyyarələr alternativ aeroportlara yönləndirilir: “Naməlum şəxslərin Maxaçqala aeroportunun perronuna daxil olması ilə əlaqədar, hava limanının uçuşlara xidmət göstərmək üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib”.

Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Maxaçqala aeroportu yaxınlığında yüzlərlə şəxs Fələstin-İsrail münaqişəsinə etiraz aksiyası keçirir. Onlar bu gün axşam saatlarında Təl-Əvivdən müntəzəm reys üzrə təyyarənin endiyi hava limanının beynəlxalq terminalına zorla daxil olaraq, gələn sərnişinləri axtarmağa başlayıblar.

Bənzər yazılar