Top.Mail.Ru
CƏMİYYƏT

Kaledoniya iğtişaşlarında Məzahir Pənahov “izi”

Parisdən təyyarə ilə 27 saatlıq yol olan arxipelaqda nə baş verir, Makron niyə suçlunu Bakı və Ankarada axtarır?

Fransa bizim üçün yeni kəşf edilmiş ölkə deyil. 1993-1995-ci illərdə Fransanın xarici işlər naziri olmuş Alen Jüpenin məşhur bir fikri var ki, indi rəsmi Parisin apardığı siyasətlə tam üst-üstə düşür.

Jüpen deyibmiş: “Dünyada yaranmış olan reallığı görməliyik, amma bu o demək deyil ki, biz o reallığı qəbul etməyə məcburuq”. Yəni görünür ki, tarixi şəraitdən asılı olmayaraq, Fransanın siyasi “maya”sında Jüpenin ifadə etdiyi kimi bir saymazyanalıq, başıpozuqluq var. Fransanın şahidlik etdiyimiz siyasəti də bunun təsdiqidir…

Saytların yığılması Saytların yığılması

Fransa prezidenti Emmanuel Makron indi bütün mənalarda Avropanın ən uğursuz siyasətçisidir, onun personası dünyada lider cılışlaşmasına “ən parlaq” nümunədir. Makronun mənasız şəxsi ambisiyaları, özünü sanki dünya lideri kimi təsdiq etmək həvəsi onu çaşdırır, düşüncəsini bulandırır. Fransa da, Makron da bunalımdadır…

people-run-followed-police-officers-829013353.jpg (5.66 MB)

Makronun bu gün fövqəladə vəziyyət elan etdiyi Yeni Kaledoniya Parisdən təyyarə ilə 27 saatlıq yoldur! “Sarı jiletlilər” və miqrantlar Parisi dağıdanda Fransa prezidenti FV elan etmədi. Fransa qanunlarına görə bu, yalnız ən ekstremal hallarda tətbiq edilən tədbirdir.

Paris polis və jandarmlar da daxil olmaqla Sakit Okeanın cənubindakı Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr də göndərib. Arxipelaqın müstəqilliyini tələb edən 10 lider ev dustağı edilib. Fransanın Daxili işlər naziri dünyanı sanki nə baş verdiyindən xəbərsiz sayırmış kimi etiraz aksiyalarını “zorakılığa, quldurluğa və qətlə meylli dəstələrin” törətdiyini iddia edib. Bununla belə, Paris yerli radikallarla yanaşı, iğtişaşların xarici səbəbini də tapıb. Bu dəfə Rusiyanın deyil, Azərbaycan və Türkiyənin adını çəkiblər. Sağ olmasınlar, Bakının gücünü bütün dünyaya car çəkiblər ki, sən demə, təkcə Azərbaycandakı erməni işğalçılarını torpaqlarımızdan qovmaqla qalmamışıq, okeanın o tayında Yeni Kaledoniyanı bu dəfə Fransa işğalına qarşı ayağa qaldırmışıq. Guya Türkiyə də işin içində varmış, çünki mart ayında Yeni Kaledoniyanın yerli xalqı olan kanakların nümayəndələri Türkiyədə müstəmləkəyə qarşı konfransda iştirak ediblərmiş. “Europe 1”dən adını açıqlamayan mənbə isə Azərbaycan və Ankaraya bu işdə “şərik də qoşublar”.

“Moskva və Pekin də Fransa dövlətini zəiflətmək məqsədi ilə Bakı və Ankaranın arxasında dayana bilər” deyə, naməlum mənbə deyib. Yəni ortada heç bir sübut-filan yoxdur, amma Paris reallığı qəbul etməyən korazehin siyasətinin ağır nəticəsini Bakının üzərinə atmaq kimi axmaq işə girişir. Amma hələ də vicdanını itirməyən “Le Figaro” həqiqəti yazıb: “İndi baş verənlər onilliklər ərzində Yeni Kaledoniya probleminin inkar edilməsinin nəticəsidir və bu da hazırkı partlayış vəziyyətinə gətirib çıxardı”.

63026d68dae6e6aa01c49ed1ed19ef601707122204-photo.jpeg (334 KB)

Paris Yeni Kaledoniyanı indiki partlayış vəziyyətinə gətirmək üçün hər şeyi özü edib. Yerli seçkilərdə səs vermək hüququna malik olan arxipelaq sakinlərini “ələkdən keçirib”. Hazırda da yetkin sakinlərin 20 faizi səsvermə hüququndan məhrumdur.

Bunu bizim MSK sədri Məzahir Pənahov yox, Fransa hökuməti edib ki, adanın yerli sakinləri olan kanaklar müstəmləkəyə qarşı mübarizədə lazımı səs əldə edə bilməsinlər. Üstəlik, yerli sakinlərin hüquqlarının məhdudlaşdırıldığı halda, adaya son 10 ildə məqsədli şəkildə köçürdükləri ağdərili fransızlara səsvermə hüququ verilib.

İqtisadi rıçaqlar da “gəlmələrin” əlinə keçib, yerli əhali kanaklar kasıblaşıb, azalıb və nəticədə 2019-cu il siyahıyaalınmasına görə 41,21 faiz təşkil edib. İndi daxili işlər nazirinin “zorakılığa, quldurluğa və qətlə meylli dəstələr” adlandırdığı əhali ayrı-seçkilik siyasətinə etiraz edir. Yerli əhalinin sıxışdırılması səbəbindən də Yeni Kaledoniyanın müstəqilliyi məsələsi üç dəfə “referenduma” çıxarılıb və nə sirdirsə, hər dəfə sakinlərin əksəriyyəti Fransanın tərkibində qalmasının lehinə səs verib. 2021-ci ildə keçirilən son referendumda guya ümumilikdə 96,5% müstəqilliyə qarşı çıxıb.

1688285660_1.jpg (625 KB)

Makron “reformasının” sonu bu etirazların səbəbidir, ona görə bu məsuliyyətdən yayınmaq, tökülən qanlara görə suçlunu Bakıda, Rusiyada, Türkiyədə axtarmağa başlayıblar. Dünya kar ola bilər, amma Fransanın işğalçlı siyasətini görə bilməyəcək qədər kor deyil.

Fransa həm daxili, həm xarici siyasəti ciddi böhranla üzləşib. Bu fonda Makronun reytinqi ciddi şəkildə aşağı düşüb. Makron öz reputasiyasını xilas etmək üçün uğursuz cəhdlər edir və bu, onu daha da çıxılmaz duruma salır.

Fövqəladə vəziyyət rejiminə əsasən, səyahət və toplaşmaq azadlığı məhdudlaşdırılıb. Fransanın baş naziri “Tik-Tok”-un qadağan ediləcəyini, ordunun liman və hava limanlarının təhlükəsizliyi üçün yerləşdiriləcəyini açıqlayıb.

dfb4cacd7176e8b75fe95512fd41ed00.jpg (271 KB)

Yeni Kaledoniyanın Fransadan ayrılması əleyhinə olanlar – arxipelaq üçün mərkəzi hakimiyyət orqanlarından 150 milyon avro ayırmağı tələb ediblər. Bununla belə, Parisin vətəndaş üsyanına qalxan yerli əhali ilə nə etmək sualına cavabı yoxdur. Yəni göründüyü kimi, Paris yenə əhalini dinləmək yox, onu susdurmaq yolunu tutub…

 

Bənzər yazılar