Top.Mail.Ru
CƏMİYYƏT

Məktəbliləri ölümə aparan yol – Valideynlərə ciddi xəbərdarlıq

Dünyada ən çox istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan siqaret, hər il 5 milyondan çox insanın ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Ən qorxuducu məqam isə, hazırda bu pis vərdişin məktəblilər arasında tüğyan etməsidir. Bəs şagirdləri bu bəladan necə qorumaq olar?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlama verib. Onun sözlərinə görə, bəzi şagirdlər siqaret çəkməyi özünə fəxr hesab edir:

Saytların yığılması Saytların yığılması

“İlk növbədə qeyd edim ki, siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan, xüsusilə azyaşlılar, şagirdlər, uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar bunu əsasən qrup halında edirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi bunu qrup şəklində etmələridir. Onlara baxıb bu pis vərdişdən istifadə etməyənlər də siqaret çəkməyə meyl edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etdiyini görüb, onları təkrarlamağa başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edir. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu başa düşmür. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki uşaqlara siqaretin proflaktikası haqda məlumat verilməyib. Məktəbdə müəlimlər şagirdləri “həyat bilgisi” kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaretdən istifadə, etdikləri halda gələcəkdə onları nəyin gözləməsindən xəbərdar etməlidirlər”.

Ekspert bildirir ki, burada cərimə ilə nəyəsə nail olmaq çətindir, maarifləndirmə işlərinə daha çox yer vermək lazımdır:

“Mütəmadi məktəblərdə şagirdlərə mövzu ilə bağlı təbliğatlar aparılmalıdır. Yalnız bu yolla məktəblilər siqaretdən uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun proflaktikasını keçmişəm. Bu zaman müşahidə etmişəm ki, şagirdlər siqaretin zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Məktəblilər siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Şagirdlər arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə olur. Orada siqaret cəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsunü qəbul edərək passiv formada bundan istifadə edirlər.

Onların yanlarında siqaretin çəkilməsi, onların siqaret almağa göndərilməsi uşaqların bu pis vərdişə olan marağını oyadır. Bəzi ailələr siqaretin zərərlərindən uşaqlarına bəhs etmirlər və ya bəhs etsələr də, buna qarşı təbliğatı düzgün qura bilmirlər. Nəticə etibarı ilə uşaqlar bu arzuolunmaz vərdişin aludəçisinə cevrilir. İstər valideynər, istərsə də müəlimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar. Bir neçə ildir ki, 30-dan çox orta məktəbdə “Məktəblinin dostu” layhiəsi var. Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb”.

Bənzər yazılar