Top.Mail.Ru
CƏMİYYƏT

Paşinyanın açıqlaması növbəti çirkin siyasi texnologiyadır-Millət vəkili

Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icması ilə görüşdə bildirib ki, Ermənistanın “Qarabağın” öz müqəddəratını təyinetmə hüququnun reallaşması ilə müstəqil olması istiqamətində səyinə beynəlxalq ictimaiyyət dəstək göstərmədiyi üçün bu münaqişəni yalnız Azərbaycana qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Ancaq bu, ağılsızlıq idi”.

Bununla yanaşı, baş nazir Azərbaycanın üçtərəfli bəyanatın ilk 8 bəndini pozduğunu qeyd edib.

Saytların yığılması Saytların yığılması

Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən açıqlamanı şərh edib.

“Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur.

Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.

Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.

Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur.

Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

Baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayı yolla sübut edir.

168994459217614102164ba821078173.jpg (38 KB)

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında vurğulayıb ki, Ermənistan baş naziri hər zaman ziddiyyətli danışır: “Bir  tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən isə açıq və ya gizli şəkildə torpaqlarımıza göz dikdiyini bildirir. Ən maraqlısı budur ki,  o, Ermənistanın sonuncu məğlubiyyəti və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından sonra hələ də torpaqlarımıza geri qayıtmasına ümid edir. Ermənistanda çoxdan Qarabağ müharibəsində uduzmağa dair müzakirələr aparılır. Lakin onlar hələ də məğlubiyyətin səbəbinin qonşu torpaqlara iddia olduğunu açıq bildirməkdən imtina edirlər. Hələ də hesab edirlər ki, buraxdıqları bu və ya digər taktiki səhv onların Azərbaycan ərazisindən qovulmasına səbəb olub. Ermənistan indiki tarixinin Azərbaycan torpaqları üzərində yarandığını, hər zaman kənar qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarına sahib çıxdığını unudur, bəlkə də etiraf etmək istəmir.  Birinci Qarabağ müharibəsində müvəqqəti qələbə Ermənistanın güclü olmasına görə deyil, Azərbaycana qarşı əslində, Ermənistan və onu dəstəkləyən xarici qüvvələrin səlib yürüşü nəticəsində əldə edildi. Əlbəttə, Ermənistandakı müzakirələrin necə davam edəcəyinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin igidliyi ilə torpaqlarının azad edilməsinə və suverenliyimizin bərqərar edilməsinə nail olub. Bu, əbədidir. Cənab Prezidentin andiçmə mərasimində Xankəndində səsverməsinin erməni separatçılarının tabutuna vurulan sonuncu mismar olduğunu elan etməsi Azərbaycanın öz ərazi bütövlüyündən heç zaman əl çəkməyəcəyini bir daha göstərir. Azərbaycan ərazisində separatizmin baş qaldırmasına imkan verilməyəcək. Ermənistanın Azərbaycanla münasibətlərini beynəlxalq hüquq normaları ilə qurmasından başqa çıxış yolu yoxdur”.

Aydın Mirzəzadə bildirib ki, Paşinyanın üçtərəfli bəyannaməni özünəməxsus interpretasiya etməsi isə növbəti erməni çirkin siyasi texnologiyasıdır:

“İndiyə qədər kimin nə etdiyi göz önündədir. Azərbaycan danışıqlarda ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, Azərbaycana qarşı torpaq iddialarına son qoyulmasını və Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasını təklif edir. Ermənistan isə öz çirkin oyunlarından əl çəkərək nəhayət münasibətləri bu prinsiplər üzərində qurmaq barədə düşünməlidir. Bu, ilk növbədə Ermənistanın özünə lazımdır”.

 

Bənzər yazılar