Top.Mail.Ru
CƏMİYYƏT

Qeyri – etik davranış görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU

Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

KAİM.az bildirir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.

Saytların yığılması Saytların yığılması

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Bənzər yazılar