Top.Mail.Ru
CƏMİYYƏT

SENSASİYA! Kılıçdaroğlu CHP başqanlığından getdi: Partiyanın yeni sədri Özgür Özel KİMDİR? – DOSYE/FOTO

Türkiyə ana müxalifət-Cümhuriyyət Xalq Partiyası 38-ci qurultayını keçirib. 17 saatdan çox davam edən qurultayda partiya başqanı seçimi olub. Seçkidə Kamal Kılıçdaroğlunun rəqibi Özgür Özəl olub.

İlk turda partiyada dəyişiklik tərəfdarının namizədi olan Özgür Özəl qurultay nümayəndələrinin 682, Kılıçdaroğlu isə 662 səsini qazanıb. Başqan seçilmək üçün isə 684 səs lazım idi, o səbəbdən ikinci tura ehtiyac olub. Bakı vaxtilə saat 04-20 radələrində ikinci turun nəticələri açıqlanıb.

Saytların yığılması Saytların yığılması

Məlum olub ki, ikinci turda Özgür Özəl 812, Kılıçdaroğlu 536 səs alıb.

Beləliklə, 100-dən çox CHP-li deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi 49 yaşlı Özgür Özəl CHP-nin 13 illik başqanı Kamal Kılıçdaroğluya qalib gələrək 8-ci partiya lideri seçilib. Qalibi də, nəticələri də İmamoğlu elan edib. İmamoğlu deyib ki, nəticə də uduzan olmayıb, qazanan CHP cameəsi olub.

Sonra yeni başqana söz verilib. Özgür Özəl deyib ki, CHP yeni Türkiyə 100 ilində başqan seçilməsi qürurvericidir. O, CHP nin bütün başqalarının adını çəkib, Kılıçdaroğlunu xüsusi təşəkkür edib. Onun dediyinin görə, ilk turdan sonra Kılıçdaroğlu onu təbrik edib. Yeni başqan deyib ki, CHP-dəki məyusluq tezliklə ümidlə əvəz ediləcək. O bələdiyyə seçkiləri üçün partiyanı səfərbərliyə çağırıb.

Kılıçdarlğıunun başqanlıqdan getməsi ilə partiyada ciddi dəyişikliklər, istefalar olacağı gözlənilir.

 CHP-nin 8-ci başqanı olan Özgür Özel 1974-cü ildə Manisada doğulub.

Balkan kökənli ailənin övladı olan Özel Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. O, siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub.

1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illərdə Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki dövr isə palata sədri vəzifələrində çalışıb. Bu müddətdə Manisa Akademik Palatalar Birliyinin müddətli sözçüsü və rəhbəri olub. Bundan əlavə, Beynəlxalq Əczaçılıq Federasiyası, Avropa Birliyinin Əczaçılıq Qrupu və Avropa Əczaçılıq Forumu kimi beynəlxalq təşkilatların üzvüdür.

2007-2011-ci illər arasında Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar, iki dövr baş katib vəzifələrində çalışıb. Həmin dövrdə Manisanı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə Böyük Millət Məclisində işlədiyi müddətdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyası, CHP Həbsxanaları İzləmə və İstintaq Komissiyası, CHP Universitet və Tələbə Problemləri Araşdırma Komissiyası, Türkiyə Böyük Millət Məclisi Soma Mədən Araşdırma Komissiyasına üzvlük kimi mühüm vəzifələri öz üzərinə götürüb.

25, 26 və 27-ci dövrlərdə Cümhuriyyət Xalq Partiyasının qrup sədrinin müavini olaraq Türkiyə Böyük Millət Məclisində CHP-nin işinə rəhbərlik edib, 2015-ci ildə isə deputat qrupunun sədri olub.

Bənzər yazılar