Top.Mail.Ru
CƏMİYYƏT

TƏCİLİ! Türkiyədə ədliyyə binasına HÜCUM – Ölən və yaralananlar var

İstanbulda Çağlayan Ədliyyə Sarayının C qapısı qarşısında atışma baş verib.

Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, vətəndaşlar təşviş içərisində yerə uzanıb.

Saytların yığılması Saytların yığılması

Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Məlumata görə, hadisə zamanı 1-i qadın və 1-i kişi olmaqla 2 silahlı öldürülüb. 3-ü polis olmaqla 6 nəfər isə yaralanıb.

Məhkəmə binasına giriş və çıxışlar bağlanıb.

İnternetdə yayımlanan görüntülərdə mühafizəçilərin vətəndaşları daha təhlükəsiz yerlərə yönləndirdiyi anlar əks olunub.

Bənzər yazılar