ÜZÜCÜ XƏBƏR: Qənirə Paşayeva komadadı, vəziyyəti çox ağırdır, həyatda qalması möcüzədir”/VİDEO

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada süni nəfəs aparatına bağlı şəkildə həyat mücadiləsi verir.
Bu barədə həkimi Kamran Musayev bildirib.
“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır, həyatda qalması mözüzədir”.
MÜHÜM QEYD:
Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.
Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:
“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb.