Top.Mail.Ru
CƏMİYYƏT

20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində TƏHLİL EDİLDİ-DETALLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi və bunun müasir siyasi fəlsəfə kontekstində təhlili” mövzusunda vebinar keçirilib.

KAİM.az xəbər verir ki, Vebinara Litva, Fransa, İtaliya, Almaniya, Misir, Şimali Kipr Türk Respublikası, Azərbaycan və başqa ölkələrdən izləyicilər qatılıb.

Saytların yığılması Saytların yığılması

Tədbirdə məruzəçi qismində fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək 20 Yanvar faciəsinin tarixi əsasları, siyasi-fəlsəfi motivləri barədə danışıb. Məruzəçi 20 Yanvar faciəsini imperialist dövlətin cinayəti kimi qiymətləndirib. “Səbəb nə idi? Azərbaycan xalqının müstəqil olmaq istəyi. Totalitar Sovet İttifaqı bunu həzm edə bilmirdi”, – deyə filosof vurğulayıb.

Vebinar müxtəlif məzmunlu sualların cavablandırılması və müzakirələrin aparılması ilə yekunlaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir