Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda Alman mədəni irsinə Ermənistan təhlükəsi

XX əsrin sonlarında erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı əsassız ərazi iddiaları bölgədə hərbi münaqişəyə gətirdi. Bu münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan danışıqları nəticəsiz qalmış, Ermənistan hərbi hissələri davamlı olaraq təxribatlar törətmişlər. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi hissələrinin törətdiyi növbəti təxribat nəticəsində Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhəddində genişmiqyasllı hərbi əməliyyatlar başlamış, 1992-1994-cü illərdə Ermənistan hərbi hissələrinin işğal etdiyi torpaqlarımızın bir hissəsi Azərbaycan ordusunun müvəffəqiyyətli əks-hücumu nəticəsində azad edilmişdir.

Yaranmış şəraitdə Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhəddində genişmiqyasllı hərbi əməliyyatların dayanması üçün Almaniya Federativ Respublikasının Xarici İşlər naziri cənab Heiko Maasın qəfil çıxışı Azərbaycan ictimaiyyətində təəccüb doğurdu. Çıxışdan bir neçə gün sonra, 2020-ci il oktyabrın 10-da, Moskvada Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə imzalanmış atəşkəs sənədi kağız üzərində qalmışdır. Atəşkəs rejimini pozan işğalçı Ermənistan rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş, Azərbaycanın qədim Gəncə şəhərinə Ermənistan ordusu ağır artilleriyadan zərbə endirərək dinc əhalini qətlə yetirmişlər.

Saytların yığılması Saytların yığılması

Azərbaycanda tarixən mövcud olmuş multikultural mühitin laylarından olan alman qatları Azərbaycan Respublikasında lazımınca mühafizə olunur və ölkə rəhbərliyinin davamlı olaraq apardığı multikulturalizm siyasətinin bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” imzaladığı sərəncam buna sübutdur. 200 il öncə Gəncə ətrafında, əsasən Göy-Göl (Helenendorf), Şəmkir (Annenfeld)  və Tovuz (Traubenfeld) ərazisinə Baden-Vürtenberq torpağından köç edərək məskunlaşan almanların bu gün respublikada və o cümlədən Gəncədə qorunan tarixi və mədəni irsi təhlükə altındadır. Alman-Azərbayan dostluq əlaqələrinin inkişafı məqsədilə 2007-2008-ci illərdə Almaniya Beynəlxalq Əlaqələr İnstitunun baş katibi prof. Kurt-Jurgen Maasın Bakıya səfəri zamanı təhsil və mədəni əlaqələrə verdiyi töhfə xoş təəsüratlarla ictimaiyyətin yaddaşında qalmasına rəğmən, bu günlərdə bəzi ictimai-siyasi və media nümayəndələrinin Qarabağ münaqişəsi ilə bağlı haqsız mövqeləri ilə rastlaşırıq.

Humanizm prinsipləri ümümbəşəri dəyərlər silsiləsinin tərkib hissəsidir və müasir sivilizasiyanın qaynaqlarına bağlıdır. XXI əsrin əvvəllərində humanizm ideyalarından uzaqlaşmaq təəssüf doğurur və dünyadakı abu-havanın dəyişməsini öncədən görən görkəmli alman filosofu Osvald Şpenqlerin yazdığı “Avropanın Tənəzzülü” əsərində də dolayısı ilə bu məqamlar vurğulanır. Bu baxımdan 2016-cı ildə Bakıya qısa müddətli səfər etmiş Roma Papasına ünvanladığım məktubda humanizm prinsiplərindən uzaqlaşmamağı, insanların sərbəst həyat tərzi yaşaması üçün sədd və sərhədlərin götürülməsini növbəti çağırışlarının birində səsləndirməsini arzulamışdım.

Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminin aktorudur, onun suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur və xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizə dövlətimizin suveren hüququdur. Bu əsasda multikultural ənənələri özündə birləşdirən, tolerant dəyərləri qoruyan Azərbaycan xalqına qarşı yönələn erməni təcavüzünə nə ad verək?
Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin Sədri

Sülh səfiri, professor Çingiz Abdullayev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir