Top.Mail.Ru
CƏMİYYƏT

Bəzi mağazalarda süni qiymət artımı… – Cəzalanmalıdırlar

Son vaxtlar mağazalara, super-marketlərə heç girmək istəmirik. Təkcə ona görə yox ki, koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə saxlamalıyıq. Həm də ona görə ki, qiymətlər, necə deyərlər, “əl yandırır”. Ayr-ayrı ərzaq məhsullarının qiyməti “ceyran belindədir”. Məsələn son vaxtlarədək 95 pəpiyə alınan “Ankara” makaronu indi alıcılara 1 manat 45 pəpiyə təklif olunur.

Bu isə 55 faiz bahalaşma deməkdir. Niyə?! Məgər keyfiyyətində bir dəyişiklik olunub? Yox. Elə isə? Qiymət bu və ya digər formada bahalaşır, amma daha bu qədər də yox. Nə deyək, Allah daha betərindən qorusun.

Saytların yığılması Saytların yığılması

Amma keçmiş maliyyə naziri, iqtisadçi-ekspert Fikrət Yusifovun məsələ barədə “Sherg.az”a dediklərindən belə qənaətə gəlmək olar ki, biz özümüz də mübarizə aparmalıyıq:

“İqtisadiyyat Nazirliyi yanında “Antiishar və istehlak bazarına nəzarət” adlanan bir qurum var. O, sağlam rəqabətin yaranmasına nəzarət edir. Belə süni qiymət artımları ilə məhz həmin qurum məşğul olmalıdır. Bu, onun vəzifəsidir. Etiraf etməliyik ki, cəmiyyətdə manatın məzənnəsinin, Tarif Şurasındakı qiymətlərin dəyişilməsindən istifadə edən bir təbəqə var. Onlar hər fürsətdə, necə deyərlər, qaz vurub qazan doldurmağa çalışırlar. Amma cəzalanmalıdırlar. Belələrinə qarşı sözün əsl mənasında sərt mübarizə başladılmalı və analoji yollarla qazandıqları əllərindən alınmalıdır”.

F.Yusifovun sözlərinə görə, süni qiymət artımının Tarif Şurasındakı dəyişikliklə heç bir əlaqəsi yoxdur:

“Əgər insan hansısa şəraitdən maraqları naminə istifadə edirsə, deməli, yeganə mübarizə üsulu maraqlarının əlindən alınmasıdır. Bunun üçün süni qiymət artımı ilə bağlı qanunvericilikdəki müddəalar da tətbiq edilməlidir.

Neftin, dizelin qiymətinin artması ərzaq məhsullarının bu qədər bahalaşmasına əsas vermir. Belə hərəkət sadəcə vicdansızlıqdır. Başqa izahı yoxdur”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir