Top.Mail.Ru
CƏMİYYƏT

“Azpulmat”dan MÜDHİŞ FIRILDAQ: millətin başına açılan KREDİT OYUNU

Bakıda son zamanlar bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, ilk öncə Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlara hazırda paytaxtın əksər küçə və prospektlərində rast gəlmək mümükündür. İstənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər.

Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.

Saytların yığılması Saytların yığılması

Son günlər “Azpulmat” vasitəsilə kredit götürən vətəndaşlar arasında narazılıq artıb. Vətəndaşların sözlərinə görə, “Azpulmat”dan təkcə şəxsiyyət vəsiqəsi ilə 30, 50, 80 AZN məbləğində faizlə kredit götürə bilirlər. Belə ki, Android telefonlarda “Playstore”dan “Azpulmat” proqramı yüklənilir. Proqram yüklədikdən sonra qeydiyyatdan keçən zaman mobil nömrə tələb edilir, telefon nömrəsinə sms kodu gəlir. Onu da qeyd edək ki, telefon nömrəsi yalnız öz adınıza olmalıdır. Sonra yeni açılan səhifədə vətəndaşın istədiyi borcun məbləği və müddəti göstərilir.

Bütün bu proseslər normal görünsə də, əsas problem borcun geri ödənilməsi zamanı yaşanır. Vətəndaşlar iddia edirlər ki, ödəmədə gecikmə olan zaman “Azpulmat” nümayəndələri onların digər mobil nömrələrini tapır, hər gün ailələrini narahat edir, borc gecikdiyi üçün onları məhkəməyə verməklə təhdid edirlər.

İlk öncə bildirək ki, “Azpulmat” yüksək texnologiya sayəsində daha rahat və əlçatan kredit təklif edir, kreditin ölkədə istənilən bankın bankomatında nağlaşdırılmasını və kreditin ölkədə istənilən bankın sizə məxsus olan debet kartına köçürülməsini təmin edir. Lakin bu işin yaxşı tərəfidir. Qaranlıq tərəfi isə borcu ödəməkdə çətinlik çəkdikdə və ya ödənişi gecikdirdikdə sizə və yaxınlarınıza günlərcə gələn zənglər və məhkəməyə verilimə təhdidləridir

“Azpulmat” vətəndaşları necə tələyə salır?

Belə ki, şəxsiyyət vəsiqənizdəki məlumatları oxutmaq üçün smartfonun kamerasından istifadə edərək sənədi MRZ Skan etməlisiniz. Skan etdikdən sonra yeni açılan səhifədə istədiyiniz borcun məbləği və müddəti göstərilir. 20 AZN məbləğində 10 gün müddətinə kredit verilir, ödəniləcək minimum məbləğ 21.90 manat təşkil edir. 20 AZN almaq-ın üzərinə toxunursuz, sertifikat xidmətlərinin göstərilməsi qaydaları (ərizə) ilə oxuyub razı olduqdan sonra təsdiq et düyməsinə basırsız.

Əslində hər şey asan görünsə də, pulun qaytarılması zamanı bəzi təkliflər sizə təqdim olunur. Məsəl üçün vətəndaş əgər 20 manatlıq bir borc götürübsə, 10 gün sonra onu qaytara bilmədikdə “Azpulmat” tətbiqinə daxil olub, müddəti uzada bilir. Yəni 20 manatılıq borcu 5 gün müddətinə uzadırsa, bu zaman təxminən 10 manata yaxın bir faiz ödəməli olur.

Bənzər yazılar