Top.Mail.Ru
CƏMİYYƏT

Düşmənə od qoyan kapitan Nuriyev Sakit TƏLTİF EDİLMƏDİ

27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən bir sıra rayon və kəndlərimizin böyük hissəsi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Nəticə də, Azərbaycanın mülki əhalisi arasında həlak olanlar, yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir.

Saytların yığılması Saytların yığılması

Müharibə başlanan gündən Yardımlı rayonu Bozayran kəndində dünyaya göz açmış Kapitan Nuriyev Sakit Seyidağa oğlu da döyüşlərə qatılmışdır. Nuriyev Sakit Seyidağa oğlu 8-ci sinifdən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, Liseyi bitirdikdən sonra Naxçıvan Muxtar Vilayətində N saylı Quru Qoşunlarında xidmətə başlamışdır.

Dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə. Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq qazanılır. S. Nuriyev bölük komandiri kimi əsgərləri ilə bərabər yüksək əhval-ruhiyyə ilə döyüşlərdə iştirak etmiş, Mincivanın alınmasında müstəsna fəallıq göstərmişdir. Kapitan Sakit Nuriyevin döyüş yolu əsasən Xocavənd, Hadrut, Zəngilan, Mincivan və Qubadlı ərazilərində keçmişdir.

 

S. Nuriyev şanlı Azərbaycan ordusu Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və hərbi əməliyyatın uğurlu alınmasına xüsusi töhvə vermişdir. S.Nuriyev, Qubadlı istiqamətində müqavimət göstərən düşmənə qarşı döyüş əməliyyatlarında da fəal iştirak etmiş və Qubadlının düşməndən azad olunması üçün verilən döyüş tapşırıqlarını yerinə yetirmişdir. Düşmən ordusundan çoxlu hərbi qənimətlər ələ keçirmişdir.

     

Qeyd edək ki, Kapitan S. Nuriyevin Böyük Qələbəyə qədər döyüş yolu Laçın rayonuna kimi davam etmişdir.

Lakin, çox təəssüfləndirici haldır ki, döyüşlərdə fərqlənməyə görə mükafatlandırlan hərbçilərin siyahısında adı yoxdur. Müharibə dövründə bütün rəhbər heyətin tapşırığını layiqincə yerinə yetirmiş S. Nuriyev nəyə görəsə hərbçilər təltif olunarkən unudulmuşdur.

Qarabağ fatehlərindən biri olan Sakit Nuriyev ailəlidir və 2 övlad atasıdır. Hal -hazırda hərbi xidmətini davam etdirir.

Əkbər Sadiyev

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir