Top.Mail.Ru
bannerCƏMİYYƏT

Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalının şöbə rəisi Rəhim Əhmədovun ÖZƏL QANUNLARI – Nazirin nəzərinə

Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalının şöbə rəisi Rəhim Əhmədovun özəl qanunları xəstəxanaya gələn ölü sahiblərini çilədən çıxarıb.
KAİM.az -a bu barədə jurnalisit Aqil Adiloğlu məlumat verib.
Jurnalistin iddiasına görə şöbə rəisi hospitalda dünyasını dəyişən vətəndaşları “urvatsız” edir. Həkimə xas  davranışlardan çox-çox uzaq olan bu R.Əhmədov ölü sahiblərini bilərəkdən incidərək süründürməçiliklə məşğuldur.
Jurnalist Aqil Adiloğlu daha sonra bildirirb: “Dünən gecə saat 12 radələrində bu saatlara qədər dünyasını dəyişmiş yaxın qohumunun cansız bədənini hələ də ala bilməmişəm. Dəfələrlə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalının şöbə rəisi Rəhim Əhmədovla əlaqə saxlasam da, o hər dəfə mənə eyni suallar veruib. Başa düşə bilmirəm ki, bu şəxs şöbə rəisidir, yoxsa xəstəxana qapıçısı. Onu da qeyd edim ki, xəstəxanada məndən başqa xeyli ölü sahibləri var. Kimin adamı, daydayısı, pulu varsa, keçikmədən ölüsünü alıb dəfn etməyə aparır. Amma mən və yaxınlarım 24 saatdır ölümüzü dəfn edə bilmirik. FHN-nin 012 512 00 61 nömrəsinə dəfələrlə zəng edib müraciət etdik. Baxmayaraq heç bir xeyri olmadı… Dünən gecə saatlarından xəstəxanadayıq amma, hələ də dünyasını dəyişmiş qohumumun nəşi bizə təhvil verilməyib. Vəziyyətin  acınacaqlı hala gətirilməsinin səbəbi isə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalının şöbə rəisi Rəhim Əhmədovun ÖZƏL QANUNLARIDIR..”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir