Top.Mail.Ru
bannerCƏMİYYƏT

Metroda gediş haqqı 40 qəpik oldu? – RƏSMİ AÇIQLAMA

Yanvarın 4-dən Azərbaycanda Aİ-92 və dizelin qiyməti qaldırıldıqdan sonra bahalaşma ilə bağlı iddialar səngimək bilmir. Son iki gündə sosial şəbəkələrdə metroda gediş haqqının 40 qəpiyə qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanda yanvarın 31-dən metroda gediş haqqı 40 qəpik olacaq?

KAİM.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələ belə bir rəsmi qərar yoxdur:

Saytların yığılması Saytların yığılması

“Ümumiyyətlə, metroda gediş haqqının qaldırılması ilə bağlı bir neçə dəfə xəbərlər yayılıb. Məndə ümumiyyətlə bu barədə məlumat yoxdur. Əgər belə bir qərar olsaydı, bundan məlumatım olardı”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir