Top.Mail.Ru
CƏMİYYƏT

“Naxçıvan Dəmir Yol” MMC-də büdcəyə BELƏ QƏNAƏT EDİRLƏR… – DƏLİXANADIR, VALLAH…

Naxçıvanda 50 nəfər dərmir yol işçisi „büdcəyə qənaət” adı ilə işdən çıxarılır. Onlar ixtisar olunacaqları ilə bağlı rəsmi xəbərdarlıq məktubu da alıblar. İxtisara salınanların hamısı fəhlə vəzifəsində çalışanlardır. Bu haqda “Gündəlik Naxçıvan”a ixtisara düşənlərin bir qrupu məlumat verib. İşdən çıxarılanların sayının artacağı bildirilir.
Ixtisara düşən fəhlələrdən Kamil Qurbanov deyir ki, “Naxçıvan Dəmir Yol” MMC bu qərarı onun üçün gözlənilməz olub:
“Büdcəyə qənaətdirsə, niyə yalnız fəhlələri çıxarırlar? Utanmırlar, fəhlənin puluyla büdcəyə qənaət edirlər. Büdcəyə qənaət edəndirlərsə, bizdən 3-4 dəfə artıq maaş alanları çıxarsınlar. Kabinetdə oturanlar, adını yazdırıb, işə gəlməyən, müftə maaş alanları qalıb kənarda. Əziyyət çəkən, zülmlə çörək qazana fəhlələr işdən qovulur. Mənə də xəbərdarlıq məktubu verilib ki, müqavilənə xitam veriləcək. Soruşuruq ki, bəs necə dolanaq, deyirlər özünüzə başqa iş tapın. İş var ki, tapam da? Uzun illərdir burada işləyirəm. 4 nəfərlik ailədə işləyən bir nəfər mən idim. 420 manat maaşla çətinliklə dolanırdıq. Banka da borcumuz var. İndi nə edəcəyimizi bilmirik. 50-dən artıq fəhləni ixtisara salıblar. Hamısı da mənim kimi kasıb-kusubdur. Naxçıvanda işsizlik durmadan artır”.
Digər şikayətci Cavid Heydərov da ixtisara düşməsindən şikayətlənir:
“Büdcədən ciblərinə pul axıtmaq üçün hər şeyə əl atırlar. Bizi çıxarıb, bizə çatacaq maaşı bir yolla mənimsəyəcəklər. Məqsəd budur. Elə ailə var ki, iki nəfər işləyən işdən çıxarılıb. Bir qardaş fəhlə, bir qardaş çilingər. Ailələri də böyükdür. Adamları çörəklə imtahana çəkirlər. Yalnız özlərini düşünürlər. İndi biz nə edək? Hardan iş tapaq. Naxçıvanda iş tapmaq müşkülə çevrilib. Çoxumuzun 50-dən yuxarı yaşımız var. Başqa yerə də gedə bilmirik. Şikayətimizə də baxan yoxdur”.

KAİM.az

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar