Top.Mail.Ru
bannerCƏMİYYƏT

Ombudsman Səbinə Əliyeva baş redaktor İkram Rəhimovla görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Səbinə Əliyeva “Realliq.tv” (Realliq.info) informasiya saytının baş redaktoru İkram Rəhimovla görüşüb. Səbinə xanım bir neçə gün öncə vaxtından əvvəl həbsdən azad olunmuş baş redaktoru təbrik edib və həbsinin səbəbləri və həbsxanada olduğu müddətdə baş verənlərlə maraqlanıb.

İkram Rəhimov həbsinin Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun şəbəkəsi tərəfindən sifariş olunduğunu Ombudsmanın diqqətinə çatdırıb və baş verənlərlə bağlı qanuni yollarla mübarizəsini davam etdirəcəyini ifadə edib. Jurnalist həbsdə olduğu müddətdə Ombudsman Aparatına etdiyi müraciətlərə vaxtında və operativ münasibət bildirildiyi üçün Səbinə xanıma təşəkkür edib. İnsan Hüquqları üzrə Müvəkkil baş redaktora gələcək işlərində uğurlar arzulayıb və əmin edib ki, Ombudsman Aparatı Realliq.info saytının redaktoru ətrafında gələcək vəziyyəti diqqət mərkəzində saxlayacaq..

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir