Top.Mail.Ru
CƏMİYYƏT

Rabitə kabeli oğurlayanlar SAXLANILDI

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən KAİM.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Saytların yığılması Saytların yığılması

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Bənzər yazılar