Top.Mail.Ru
CƏMİYYƏT

Rus sülhməramlıları QARABAĞDAN ÇIXMALIDIR ?- DİGƏR ALTERNATİVLƏRİN TƏHLİLİ

Azərbaycan yaxşı olardı ki, 2025-ci ilə qədər rus sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması planını hazırlayaydı.

44 günlük müharibədən sonra Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin böyük əksəriyyətini geri qaytara bildi. Şübhəsiz ki, Azərbaycan bu müharibənin qalibidir. Türkiyə də qalib tərəf kimi qəbul edilir. Rəsmi Ankara uzun illərdən sonra Qafqazda mövcud qüvvələr balansını müəyyən ölçüdə Rusiyanın nüfuz dairəsindən ala bildi.

Saytların yığılması Saytların yığılması

Əgər tarixə nəzər salsaq görərik ki,Rusiya və Türkiyənin təbii dövlət instinkti tez-tez rəqabət və konflikt sferasında olub. Həm Suriyada, həm də Liviyada buna şahid ola bilərik. Lakin, tərəflər bir nöqtədə geostrateji maraqlarını korrelasiya edə bilirlər. Biz bura Ukraynanı da əlavə edə bilərik.Gələk əsas mövzuya.

Belə ki, 10 noyabrda rəsmi Kremlin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan müqaviləyə görə, 2000-ə yaxın rus sülhməramlısı 5 il mandat alaraq Dağlıq Qarabağda fəaliyyət göstərəcək. Rəsmi Kreml arzusuna çatdı. Hələ Çar Rusiyası vaxtından ruslar Qafqazı öz təsir sferası kimi görür və nə vəchlə olursa olsun öz hərbi təsir dairəsini regionda möhkəmləndirmək istəyir.

Azərbaycan bundan sonra nə edə bilər?

Alternativlərdən biri budur ki,5 il sonra mandatı bitən rus sülhməramlılarını sivil müşahidəçilərlə əvəz etsin. Bunun üçün Rusiya və Gürcüstan arasında 2008-dəki müharibədən sonra Avropa İttifaqı Müşahidə Missiyası (EUMM) alternativ ola bilər. Hazırda bu müşahidə missiyası ilə tək tərəfli olaraq Gürcüstan tərəfdən Cənubi Osetiya və Abxaziya sərhədinə nəzarət edilir.

Bu,ona görə yaxşı seçimdir ki, baş verən hadisələri dərhal dünya ictimaiyyətinin diqqətinə çatdıra bilir. Bu hipotetik müşahidə missiyası Dağlıq Qarabağ üçün məqbul variant ola bilər. Həm Azərbaycan-Ermənistan dövlət sərhəddində, həm də Dağlıq Qarabağ ərazisində hər iki tərəfin razılığı ilə müşahidə apara bilər. Bunu etməklə biz dünyaya göstərə bilərik ki, ermənilər Azərbaycan vətəndaşları kimi Qarabağ ərazisində sərbəst, problemsiz yaşaya bilərlər. Sivil müşahidə missiyası ən qabaqcıl radar sistemləri ilə 24 saat təhlükəsizliyə nəzarət edə bilər .Məncə, Azərbaycan höküməti bu alternativi ciddi şəkildə nəzərdən keçirməlidir. Bunun üçün Gürcüstanla təcrübə mübadiləsi də mümkündür. Bunun üçün Azərbaycan tərəfi Aİ və ATƏT ilə konsultasiyalara başlaya bilər.

Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir