Top.Mail.Ru
bannerCƏMİYYƏT

Sabirabada biabırçılıq! COVİD-19 simptomu şübhəsi ilə gələn vətəndaşı xəstəxanadan çölə atdılar

Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Paytaxtda olduğu kimi eyni zamanda rayonlarda da yoluxma halı daha çoxdur.

İnfeksionist Vasif Əliyev buna səbəb kimi  müsahibələrinin birində bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması – bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.

Saytların yığılması Saytların yığılması

Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik.

Kaim.az-a daxil olan şikayətlərdən isə aydın olur ki, yoluxmanın əsas səbəbi heç də insanların öz səhhətlərinə biganə olması deyil. Bəzi rayon sakinləri xəstəxanaya COVİD-19 simptomları ilə müraciət etsələr də həkimlər tərəfindən insan həyatına biganə yanaşılır.

Məsələn Sabirabaddan Kamila Qubadova adlı qadın quru öskürək və yüksək temperaturla Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bunu eşidən baş həkim işçilərə xəstə, qadını xəstəxanadan çölə atın və gedib evində həkim tapıb  müalicə olunsun, “… xəstəxanada hələki yer yer yoxdur…” əmr edib.

Bu haqda xəstənin qohumları bizə məlumat verərək bildiriblər ki, yalnız təcili yardım bir dəfə gəlib, xəstəyə iynə vuraraq gediblər.

Görəsən potensial xəstələr Sabirabad Mərkəzi Xəstəxanasına qəbul edilməkdən imtina edildikdən sonra neçə nəfəri koronavirusa yoluxdurublar?Bununla da bağlı çox sayada şikayətlıərin olduğu da bildirilib.

KAİM.az

Gülay

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir