Top.Mail.Ru
bannerCƏMİYYƏT

SON DƏQİQƏ:Oqtay Gülalıyev Azərbaycana gətirilir

Türkiyənin “American hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycana gətirilir,  bu barədə onun oğlu Təbriz Gülalıyev bildirib.

O qeyd edib ki, bu gün, şənbə günündən bazar gününə keçən gecə saat 02:10 radələrində vətənə qayıdırlar:

Saytların yığılması Saytların yığılması

“Məlum səbəblərə görə atamın müalicəsi Bakıda, şəxsi evimizdə davam edəcək. Ümid edirik ki, vətənə qayıtmağımız hər halda uğurlu olacaq.

Bu arada, atamın ötən ilin 29 oktyabr tarixində keçirtdiyi qəzanın 1 il tamamında (29.10.2020) nəhayət ki, hazırlıq məhkəməsi başladılıb və ertələnərək məhkəmə baxışı 13 noyabr saat 10:00 -a təyin edilib”.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir