Top.Mail.Ru
CƏMİYYƏT

Vətən müharibəsi dərsliklərdə – Nazir açıqladı

“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”.

KAİM.AZ xəbər verir ki , bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir:

“Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib.

Qısa müddətdə ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Növbəti yarımildə bununla bağlı məzmundə dəyişiklik ediləcək”.

“Dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad olunma tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq”, – deyə o qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir