Top.Mail.Ru
MANŞET

“20-30 sərhədçimiz YOLA ÇIXDI, Ermənistan iqtisadiyyatı İFLİC OLDU” – VİDEO

“Bizim yerləşdiyimiz bölgədə hansısa dövlətlər ABŞ-ın və Qərbin zəifləməsindən istifadə edib, böyük məqsədlərə, hədəflərə çatmaq üçün çox ciddi, təhlükəli, avantürist hərəkətlərə keçə bilərlər”.

KAİM.az xəbər verir ki, bunu Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov “Reaksiya” TV-yə müsahibəsində deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, bu, tarixən belə olub:

“Deyirlər, müqəddəs yer boş qalmır. Kimsə geosiyasətdə uduzursa, onun yerini kimsə tutmalıdır. Həmişə ABŞ geri çəkiləndə, dərhal nəsə baş verir. Bunu diqqətdə saxlamalıyıq. Onun Azərbaycana da təsiri ola bilər”.

E.Namazov Qarabağda olan Rusiya sülhməramlılarının fəaliyyətindən də söz açıb:

“Artıq heç kimə sirr deyil ki, Rusiya-Azərbaycan münasibətləri çox ciddi və həssas bir mərhələdən, sınaqdan keçir. İkinci Qarabağ Müharibəsindən sonra regionda hər şey dəyişib.

Güclər balansı Azərbaycan və Türkiyənin xeyrinə dəyişib. Bunu qəbul etməyən, buna qarşı çıxan qüvvələr də çalışırlar ki, Azərbaycan və Türkiyənin yaratdığı yeni şəraiti öz xeyirlərinə dəyişsinlər.

Mən hiss edirəm, hamı da bunu görür. Azərbaycanla Rusiya arasında pərdə arxasında çox ciddi diplomatik savaş gedir. Azərbaycan Prezidenti ilk dəfə olaraq bu yaxınlarda dedi ki, Rusiya Ermənistanın müttəfiqi, bizim isə qonşumuzdur.

Prezidentin bu ifadəsindən sonra ermənilərin sabotaj etdiyi üçtərəfli görüş Moskvada keçirildi.

İlk dəfə olaraq dünən Lavrov dedi ki, Azərbaycanda həbsdə olan ermənilər oraya 9 noyabr sazişindən sonra gəlib. Halbuki bütün hərbi əməliyyatlar dayanmalı idi. Xüsusi vurğuladı ki, Azərbaycan 9 noyabr sazişində nə yazılmışdısa, hamısını yerinə yetirib.

Bu gün isə dedi ki, müttəfiqimiz Ermənistana qonşu Azərbaycanla münaqişəni həll etməyə kömək edirik. Demək olar ki, prezidentlə eyni ifadəni işlətdi.

O, Ermənistanı Rusiyanın müttəfiqi, Azərbaycanı isə Ermənistanın qonşusu adlandırdı. Azərbaycanı Rusiyanın qonşusu mövqeyində ifadə etmədi”.

Onun sözlərinə görə, proses davam edəcək:

“Yeni yaranmış durumda elə bil bizi yoxlayırlar. Biz nə qədər axıra kimi getməyə hazırıq, nə qədər Azərbaycanın maraqlarını müdafiə etməyə hazırıq, sülhməramlıların müvəqqəti yerləşdirilməsi ilə bağlı məsələdə nə qədər israrlıyıq, biz hansı hərəkətə necə cavab verə bilərik. Yəni vəziyyət yenidir.

Elə Gorus-Qafan yolunda etdiyimiz hərəkət də onlara çox ciddi cavab idi. Bu, təkcə ermənilərə mesaj deyildi. Bu, həm İrana mesaj idi – həmin yolla İran TIR-ları Qarabağın dağlıq hissəsinə gedirdi – həm Rusiyaya mesaj idi, həmin yol həm İranla Ermənistan arasında əsas ticari yoldur, eyni zamanda, Rusiya ilə İran arasında tranzit yoldur.

Azərbaycan nə etdi? Azərbaycanın korpusları ayağa qalxmadı, Azərbaycan tankları oraya getmədi. Azərbaycanın öz ərazisində 20-30 sərhədçimiz yola çıxdı. Bununla da Ermənistanın iqtisadiyyatı, İran-Ermənistan iqtisadi əlaqələri iflic vəziyyətinə düşdü.

Yəni Azərbaycan öz imkanlarını nümayiş etdirdi. Belə imkanlar Azərbaycanda çoxdur”.

Daha ətraflı videomaterialda:

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir