Top.Mail.Ru

DİNİ XRONİKA

Azərbaycanda bayram namazının günü və saatı açıqlandı – RƏSMİ

“Bu il Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq. Bu barədə bizim, Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da qeyd olunub”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sözçüsü Rəhimə Dadaşova deyib.

O bildirib ki, artıq bunun üçün rəsmi qaydada icazə verilib.

Loading...
Yazının davamı reklamdan sonra

Rəhimə Dadaşovanın sözlərinə görə, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

QMİ sözçüsü Hacı Allahşükür Paşazadənin ənənəvi olaraq Təzəpir məscidində bayram namazına qatılacağını söyləyib.

Digər məscidlərdə də namazlar eyni qaydada – saat 09:00 və ya 10:00-da təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button