Top.Mail.Ru

DİNİ XRONİKA

Qeyri-islam dini icmaları üçün din xadimlərinin hazırlanması gözlənilir

Azərbaycanda qeyri-islam dini icmaları üçün din xadimləri hazırlana bilər.

KAİM.az-ın məlumatına əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İlahiyyat İnstitutunda yəhudi və xristian icmaları üçün din xadimlərinin yetişdirilməsi nəzərdə tutulur.

Loading...
Yazının davamı reklamdan sonra

“Bu məsələ gündəlikdə var”, – deyə o əlavə edib.

Qeyd edək ki, hazırda qeyri-islam dini icmalarına rəhbərlik edənlər xaricdə təhsil alanlardır.

G.İsmayılov bunun səbəbini izah edib:

“Çünki hazırda Azərbaycanda qeyri-islam dini icmaları üçün din xadimi yetişdirən müəssisə yoxdur. Gələcəkdə isə düşünülür ki, bu məsələ də həll edilsin”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button