Top.Mail.Ru
DİNİ XRONİKA

Evliliklə bağlı heyrətamiz KƏLAMLAR: Dinimiz NƏ BUYURUR ?

Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, subay qız və oğlanlarınızı evlnəndirin. Müsəlmanın xoşbəxt olmağının nişanəsi budur ki, bir qızın ərə getmə xərcini öhdəsinə götürsün. Allah yanında nikahla abad olan evdən sevimlisi yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Subay oğlanlarınızı və qızlarınızı evləndirin ki, Həzrət Haqq əxlaqlarını gözəlləşdirsin, ruzilərini artırsın və səxavətlərini çox etsin”.

Həzrət (s) buyurur: “Evlilik – mənim yolumdur. Hər kim mənim yolumdan üz döndərər, məndən deyildir”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “Hər kim evlənərsə, dininin yarısını əldə etmiş olar. O biri yarısı olan təqvaya riayət etsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cavanların hansının qüdrəti varsa, evlənsin. Gözləriniz daha az qadınları izləsin və ətəyiniz pak qalsın”.

Həzrət (s) buyurur: “Hər kəs evlənər, səadətin yarısını əldə etmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cavanlığın əvvəlində evlənər, şeytan fəryad çəkər ki, onun dininin üçdə biri əlindən getmişdir. Bəndə o biri üçdə birini qorumaq üçün təqvaya riayət etməlidir”.

Həqiqətən, evliliyin çox böyük dəyərləri vardır. “Əlbəttə, təqva libası daha yaxşıdır» (“Əraf” 26). Yəni, insan evlənərək, Həzrət Peyğəmbərin (s) sünnətini yerinə yetirər və həm də bir mömin kimi ailəsində və cəmiyyətdə təqvaya riayət etməlidir.

İslam dininin buyurduğu kimi, subay qız və oğlanlarımızı evləndirək və toy mərasimlərində çox təmtəraqa yol verməyək ki, bir çoxları sadə bir toy mərasimi ilə evlənə bilsinlər. Bu zaman cəmiyyətdə olan fəsad da azalar, cavan ailələrdə hüzur və rahatlıq hökm sürər.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button