Top.Mail.Ru
DİNİ XRONİKA

Bu gün Azərbaycanda üçüncü Qədr gecəsidir

Bu gün Azərbaycanda üçüncü Qədr (Əhya) gecəsidir.

KAİM.az-ın məlumatına görə, üçüncü Qədr gecəsi Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edib. Ramazanın 26-cı günü, mayın 9-dan 10-na keçən gecə də Qədr gecəsi olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button