Top.Mail.Ru
DİNİ XRONİKA

Moskvada arxeoloji qazıntı zamanı müsəlman dəstəmaz qabı tapıldı – FOTO

Rusiya paytaxtında Kitayqorod keçidindəki Moskva İmperator Uşaq Evi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı mütəxəssislərə görə, yerli sakinlərə məxsus olan XVI əsrə aid 8 məişət əşyası aşkar edilib.

KAİM.az xəbər verir ki, bu haqda məlumat Moskva merinin rəsmi saytında yayılıb.

Moskva Mədəni İrs departamentinin rəhbəri Aleksey Yemelyanovun sözlərinə görə, aşkar olunan əsərlər arasında 6 saxsı oyuncaq və dəstəmaz üçün qara cilalanmış müsəlman kumqanının(aftafa-S.L.) parçası var.
“Bu, dar boynu, borucuğu, dəstəyi və qapağı olan su qabıdır. Kumqan – Asiya üçün tipik olan əllərin yuyulması üçün bir qabdır”-deyə mütəxəssis bildirib.

Mütəxəssislər tapılmış artefaktları araşdıracaq, bərpa edəcək və sonra muzey fondlarına göndərəcəklər.

Moskvanın Kitayqorod keçidindəki bina 1764-cü ildə II Yekaterina dövründə tikilib. Tikinti üçün Vasilyevski çəmənliyini – Solyanka küçəsi ilə Moskva çayı arasında bir torpaq sahəsi verilib. Həmin ərazi XVI əsrdə İvan Qroznının atası III Vasiliyə (1505-1533) aid olub. XVI əsrin sonunda isə Vasilyevski çəmənliyi Ağ Şəhərin bir hissəsinə çevrilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button