Top.Mail.Ru

DİNİ XRONİKA

Niyə Qurani-Kərimdə şairlər tənqid edilib?

Qurani-Kərimin surələrindən biri “Şüəra” (yəni şairlər) adlanır. Surənin sonunda Allah-Taala şairləri məzəmmət edir, onları sərgərdan, etmədiyini deyən adlandırır və azğınların onlara tabe olduqlarını bildirir. Quran ayələrini araşdırarkən, onları öz kontekstində götürmək lazımdır. İslamdan əvvəl ərəb şairlərinin əksəriyyəti haram məzmunlu şeirlər deyir, şərabı, qəbilə müharibələrini, naməhrəm qadınları vəsf edirdilər. Bir qrup şairlər isə pul müqabilində varlı şəxsləri haqsız yerə tərif edirdilər. İslam dini bu ənənəyə qarşı çıxdı və bu cür şairləri tənqid atəşinə tutdu. Lakin bu ayələrdən sonra Allah-Taala buyurur: “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!” Bununla da mömin şairlər istisna edilir. Məlumdur ki, həm Peyğəmbərin zamanında, həm də sonralar bəzi şairlər haqqın tərəfində durmuş, öz əsərləri ilə ədaləti müdafiə etmişlər. Poeziyadan müsbət istiqamətlərdə istifadə edən, haqqı deyən şairlər dinimiz tərəfindən məzəmmət edilmir, əksinə, onların yaradıcılığı və fəaliyyəti alqışlanır.

Milli.Az

Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button