Top.Mail.Ru
DİNİ XRONİKA

Evli kişi zina etdiyi qadınla nikahlarını elan etmədən necə evlənə bilər?

Bir evli kişi başqa bir dul qadınla zina edib. Hər ikisi də tövbə ediblər və evlənmək istəyirlər. Lakin sadəcə 2 şahidin iştirakı ilə nikah olsun deyir. Belə ki kişi evli olduğu üçün ailəsinin dağılmasından ehtiyat edir. Bunlara nikah qıymaq caizdirmi?

 

Birincisi: Sadəcə 2 kişi şahidin hüzurundaki nikah keçərlidir. Amma məzhəblərdə bu xoş görülməyib İmam Malikə rh. görə isə elan edilməyən nikah olmaz və tərəflər ayrılmalıdır.

Saytların yığılması Saytların yığılması

İkincisi: Peyğəmbərimiz aleyhissalam elan etməyi tövsiyə etmiş, özü də elan etmişdir. Yəni elan etmək sünnədir.

Üçüncüsü: Ailəsinin dağılmasından qorxursa, bilsin ki, bunun əvvəl axır qoxusu çıxacaq və onda daha fərqli, ciddi, geri dönüşü olmayan problemlər meydana gələcəkdir.

Dördüncüsü: Əgər ilk evliliyində yoldaşı ikinci xanımla evlənməyəcəyi şərtini nikah müqaviləsində qoyubsa Hənbəli hüququna görə ikinci evlilik edə bilməz.

Beşincisi: Hər ikisinin zina etdiyinə dair bilgi zaid bir bilgidir, sualla nə qədər əlaqəsi var bilmirəm. Amma bu bilginin verilməməsi daha gözəl olardı. Yox əgər bunlar zina etdikdən sonra qadın zinadan hamilə qalıbsa onun sualı da fərqli olmalı idi.

  Bu deyilənlər İslam Fiqhi əsasında yazılmışdır. Amma mövcud şəraiti, adət-ənənələri, praktiki təcrübələri və sui-istifadə hallarını nəzər alaraq deyə tövsiyə xarakterli deyə bilərik ki,  günümüzdə qadının və sonradan doğulacaq uşaqların və s haqlarının qorunması baxımından, sonradan ortaya çıxacaq problemlər baxımından, o kişinin hər dəfə ikinci yoldaşının yanına getdiyində elan olmadığı üçün bunun yoldaşı da olduğunu bilməyən qonşuların o qadın haqqında əxlaqsız sözlər deyəcəyi baxımından, əgər o dul qadının uşağı da varsa və uşaq böyükdürsə məhlədə o uşağa deyiləcək sözlər baxımından İmam Malikin fətvası ən uyğun seçimdir. Yəni, illa ki evlənmək istəyirsə o qadınla evləndiyini elan etsin.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir