DİNİ XRONİKA

İnanclı insanlardan istifadə edən fars-molla rejiminin ölkəmizdəki xüsusi cəsus şəbəkəsi

Azərbaycan öz müstəqilliyini qazandığı andan İran adlı fars-molla rejimi ölkəmizə qarşı dost münasibətdə olmadığını zaman-zaman əməli fəailiyyətləri ilə sübut etmişdir.

Beləki, ölkəmizdə molla rejimi öz çirkin niyyət və məqsədlərini həyata keçirtmək üçün cəsus şəbəkəsi yaratmağa başlamışdır. Sürgündə yaşayan İranlı keçmiş diplomat Adil Əl Əsədi İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) 1979-cu ildən etibarən, yəni inqilabdan dərhal sonra xüsusi cəsus şəbəkələri yaratdığını və bu şəbəkələrin? xüsusilə İranla qonşu ölkələrində yaxşı təşkilatlandıqlarını iddia etdi. İranın cəsus şəbəkələrinin bir qisminin vəzifəsi bilgi toplamaq olduğu, ikinci əsas şəbəkəsinin məqsədi isə sakitcə gözləyərək əmr gəldiyi zaman bu ölkələrdə sabitliyi pozmaq olduğunu açıqlamışdır. Onlar bunun üçün bütün lazımi imkanlara da sahibdirlər, deyə o, iddia etmişdir.

Qeyd edək ki, İranın təkcə Azərbaycanda deyil, ümumilikdə dünyanın müxtəlif regionlarında həm terror aksiyaları törədəcək, həm də iqtisadi və siyasi sabitliyi poza biləcək şəbəkələrə sahib olduğuna dair iddialar uzun müddətdir ki, irəli sürülməkdədir. İranın bu cür şəbəkələrdən öz siyasi və hərbi məqsədlərinə çatmaq yolunda əlavə qüvvə kimi istifadə etməyə çalışdığı iddia olunur.

Həmçinin qeyd etmək vacibdir ki, İran öz çirkin məqsədlərinə çatmaq üçün islam dininin şiə məzhəbindən, yəni inanclı insanlardan da istifadə edir və çox vaxt kəşfiyyatçılarını və cəsuslarını bu ad altında gizlətməyə çalışır.

“GÜN” Analitik informasiya şöbəsi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button