Top.Mail.Ru
DÜNYA

Ərdoğandan PUA istehsalına təzyiq göstərən ölkələrə SƏRT REAKSİYA-Ermənistan MƏSƏLƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” freqatının açılış mərasimində çıxış edib. Dövlət başçısı nitqində II Qarabağ müharibəsinə də toxunub.

KAİM.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Prezident bildirib ki, ölkə pilotsuz uçuş aparatları istehsalında dünyada ilk yerlərdədir.

“İçimizdəki qafillərin qarayaxma kampaniyalarına baxmayaraq, silahlı-silahsız PUA-larımız bütün dünyada həsədlə izlənilir. 44 günlük Qarabağ zəfərində olduğu kimi, Türkiyə PUA-ları da qazandıqları uğurla döyüş üsullarını dəyişdirirlər”.

O, bu halın bəzi ölkələrlə münasibətlərdə problemlər yaratdığını vurğulayıb:

“Məsələn, guya biz dostuq. Biz “kamera” istəyirik, onlar vermirlər. Niyə? Deyirlər ki, sən niyə Ermənistanla döyüşürsən? Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir. Bacardığımız qədər dəstək verməliyik”, – deyə prezident vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir