Top.Mail.Ru
DÜNYA

Ukrayna bir çox MDB müqaviləsindən imtina etdi-SAZİŞLƏR LƏĞV EDİLDİ

Ukrayna hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qüvvədə qalan bir neçə müqavilədən çıxıb.

KAİM.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Nazirlər Kabinetinin qərarında göstərilən ilk sənəd “Elektrik enerjisi sənayesində dövlətlərarası əlaqələrin kooordinasiyası”na dair sazişdir. O, müəssisələrə və əhaliyə etibarlı enerji təchizatı təmin etmək üçün fəaliyyətlərin əlaqələndirilməsinə yönəlib.

Eyni zamanda, Kiyev “Atom enerjisinin dinc məqsədlə istifadəsi sahəsində işbirliyinin əsas münasibətləri və əlaqələrin koordinasiyası” və “Atom enerjisinin dinc istifadəsi sahəsindəki əməkdaşlığın əsas prinsipləri” sazişindən də çıxıb.

Hər üç sənəd 1992-ci ildə Minskdə imzalanıb.

Beləliklə, Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar 22 iyun tarixində Donbasda münaqişə başlamazdan əvvəl 453 sənədin qüvvədə olduğunu, sonradan isə onlardan 300-nün qüvvədə qaldığını deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button