DÜNYA
“Rusiya ordusu Türkiyə-Ermənistan sərhədində yerləşdirilsin..”

“Ermənistan Rusiya ilə yeni siyasi prosesə başlamalıdır.”
KAİM.az xəbər verir ki, Qarabağ terroristlərinin liderinin keçmiş müşaviri Tiqran Abramyan bu fikirlə çıxış edib.
“Yaranmış vəziyyətdə, xüsusilə, təhlükəsizlik məsələsində yeni təhdidlər göz önündədir. Bunu Rusiya ilə dərindən müzakirə edib, vacib qərarlar qəbul etməliyik. Söhbət ilk növbədə Ermənistan sərhədlərinin müdafiəsindən gedir”, – deyə o bildirib.
Abramyan Ermənistanın Naxçıvanla sərhədinin Ermənistan-Türkiyə sərhədi kimi Rusiyaya verilməli olduğunu deyib.
Kənan