Top.Mail.Ru

DÜNYA

Rusiya liderinə qarşı ŞOK PLAN – “Putini gənc polkovnik əvəzləyə BİLƏR”

Rusiya lideri Vladimir Putini gələcəkdə gənc polkovnik əvəz edə bilər.

Bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib.

“Buna heç bir şübhə yoxdur. Rusiyanın əsas orqanı FSB-nin rəhbərliyi – Bortnikovdan tutmuş, bütün digər liderlərinə qədər hamısı belə planlar qura bilərlər. Təxmin edin: Putin sabah ölsə, nə baş verəcək? Onu dərhal vəzifədən uzaqlaşdırmayacaqlar. Və bizə belə bir polkovnik lazım olacaq – hər şey bundan ibarətdir”, – Feyqin bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi işğalçı ölkənin hərbi rəhbərliyinin, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərlərinin qorxaqlığını sübut edib. Söhbət Sergey Şoyqu və Valeri Gerasimovdan gedir.

Bundan əvvəl mətbuat Putinin mümkün varisinin Rusiya Təhlükəsizlik Şurasının katibi (FSB) Nikolay Patruşev ola biləcəyini yazmışdı.

(Teleqraf.com)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button