Top.Mail.Ru

DÜNYA

NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdirilə bilər

Finlandiya NATO-ya daxil olarsa, Alyansın qoşunları Sankt-Peterburq yaxınlığında yerləşə bilər.

KAİM.az bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin keçmiş rəhbəri, baş polkovnik Çjou Bo açıqlama verib.

“Finlandiya NATO-ya daxil olarsa, çox güman ki, Alyansın qoşunları Sankt-Peterburqdan iki addımlıq məsafədə olacaq”, – deyə o bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Çinli polkovnik NATO-nu Moskvanın müvafiq məsələ ilə bağlı mövqeyini ciddi qəbul etməyə çağırıb. Onun fikrincə, Alyans nə qədər populyarlaşarsa, Avropanın təhlükəsizliyi bir o qədər azalmış olar.

“Əgər NATO-nun əsas qorxusu Rusiyanın taktiki nüvə silahlarını işə salmasıdırsa, onda Vladimir Putini qıcıqlandırmaq nəyə lazımdır? Avropanın indi artıq tarixə qovuşan təhlükəsizliyi yalnız Rusiya ilə əməkdaşlıq şərtlərində təmin oluna bilər”, – deyə Bo qeyd edib.

Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd etmişdi ki, əgər İsveç və Finlandiya Alyansa qoşulsalar, o zaman Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button