Top.Mail.Ru

DÜNYA

Rusiya ordusuna növbəti AĞIR ZƏRBƏ: Çayın sahilində 485 hərbçi, 80 texnika MƏHV EDİLDİ

Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub.

KAİM.az bildirir ki,  Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb.

Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib.

Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin öldürüldüyü və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv edildiyi qeyd olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button