Top.Mail.Ru

DÜNYA

G7 ölkələri qlobal aclığın qarşısını almaq üçün alyans yaradacaq

G7 (Böyük Yeddilik) ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar.

KAİM.az bildirir ki, Alyans dünya əhalisini təmin etmək üçün dövlətlərin həm maliyyələşdirilməsini, həm də əməkdaşlığını təşkil etməlidir. Qeyd olunur ki, indi xüsusilə Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən təhlükə mövcuddur.

Mayın 18-də Berlində keçirilən görüşdə Almaniyanın İnkişaf naziri Svenya Şulze G7-ni Ukraynadakı müharibə nəticəsində yarana biləcək aclıqla mübarizədə birgə işləməyə çağırıb və qlobal ərzaq təhlükəsizliyi üçün yeni ittifaq təklif edib.

Loading...
Yazının davamı reklamdan sonra

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin qiymətlərinin alıcılar karteli tərəfindən tənzimlənməsini müzakirə ediblər.

“Bu məqsədə çatmaq üçün əhəmiyyətli kartelə ehtiyacınız var, bəlkə də təkcə Avropa İttifaqı kifayət etməyəcək. Sanksiyalardan, ikinci dərəcəli sanksiyalardan istifadə etmək ideyası yaranıb. Qiymət hədləri əvəzinə tariflər ideyası alternativ yanaşma ola bilər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ və digər ölkələr qlobal iqtisadiyyatı çox yükləmədən Rusiyanın enerji gəlirlərini azaltmağın yollarını müzakirə edirlər. Burada məqsəd dünyadakı qiymətləri eyni səviyyədə tutmaq üçün Rusiya neftinin bir hissəsinin bazara çıxışını saxlamaqdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button