Top.Mail.Ru

DÜNYA

Finlandiya Rusiya qazından İMTİNA ETDİ – TƏFƏRRÜATLAR

Finlandiyanın “Gasgrid Finland” qaz nəqli şirkəti Rusiya Federasiyasından qaz tədarükünü dayandırdığını elan edib.

KAİM.az bildirir ki, bu barədə operatorun açıqlamasında bildirilir.

“İmatra” giriş məntəqəsi vasitəsilə qazın tədarükü mayın 21-də dayandırılıb. Finlandiya qaz bazarının tələb etdiyi qazın həcmi bazar iştirakçılarının verdiyi təkliflərə uyğun olaraq “Balticconnector” giriş məntəqəsi vasitəsilə Finlandiya qaz sisteminə idxal olunur”, – deyə mətndə deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd olunur ki, hazırda ölkənin qaz sistemi stabildir.

Bundan əvvəl bildirilmişdi ki, “Qazprom eksport” mayın 21-i səhər saat 07:00-dan (Bakı vaxtı ilə 08:00 – red.) Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının nəqlini dayandırır. Buna səbəb Finlandiyanın aprel ayında verdiyi qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtinasıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button