Top.Mail.Ru

DÜNYA

ÜST fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcək

Bazar günü ​​Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə Assambleyası (mayın 28-dək davam edəcək-red) pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək.

KAİM.az xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün “yol xəritəsi”ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.

Loading...
Yazının davamı reklamdan sonra

Assambleya ÜST-ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-ün hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button